Donan azyaşlı ilə bağlı yeni təfərrüatlar məlum oldu Tibb işçiləri donma faktını inkar edir

Baxış sayı: 1562

Moskvada bağçada azərbaycanlı azyaşlının donaraq ölməsi Rusiyada birmənalı qarşılanmayıb. 

ATV.az Moskva 24-ə istinadən xəbər verir ki, 3 yaşlı qızcığazı müayinə edən tibbi ekspertiza donma faktını inkar edib. Bildirilib ki, ürəktutma faktı ilkin ehtimallardan biridir. Bununla belə Rusiya İstintaq Komitəsi faktı araşdırır. İki maddə üzrə qaldırılan cinayət işini Komitənin sədri Aleksandr Bastırkin nəzarətə götürüb.

Rövşən Əliyev/ ATV.az