İrəvanda etiraz aksiyası Hökumət əleyhinə şüarlar səsləndirildi

Baxış sayı: 197

İrəvanda növbəti dəfə etiraz aksiyası təşkil olunub.

ATV.az Armtimes-a istinadən xəbər verir ki, "Çıxış" blokunun təşkilatçılığı ilə baş tutan yürüş zamanı hökumət əleyhinə şüarlar səsləndirilib. Etirazçılar benzinin, qazın və qida məhsullarının qiymətinin aşağı salınmasını tələb edib. Onlar bəyan edib ki, hökumət məsələ ilə bağlı tədbirlər görməsə, etiraz askiyaları davam etdiriləcək. Aksiya iştirakçılarının sözlərinə görə, rəsmi dairələr bütün vasitələrdən istifadə edərək, onların toplaşmasına mane olmağa çalışır.

Rövşən Əliyev/ ATV.az