Rusiyalı pilotun son döyüş anları Əsir düşməmək üçün özünü partlatdı

Baxış sayı: 1824

Suriyada silahlılar tərəfindən vurulan Rusiyaya məxsus Su-25 təyyarəsinin pilotunun döyüş kadrları yayımlanıb.

ATV.az xəbər verir ki, bu videodan görünür ki, pilot Roman Filipov silahlılara əsir düşməmək üçün qumbara ilə özünü partladır. Qeyd edək ki, hadisə fevralın 3-də İdlib əyalətində baş verib. Pilot katapulta ilə xilas olsa da, terrorçular onu dərhal mühasirəyə alıb. Hadisəyə görə məsuliyyəti “Cebhat ən Nusra” terrorçu qruplaşması öz üzərinə götürüb. Ölümündən sonra pilotun  “Qəhrəmanlığa görə” ordeni ilə təltif olunacağı gözlənilir.

Bəxtiyar Fətullayev/ ATV.az