Türkiyəli futbolçunun faciəli ölümü Qadına kömək etdi, öz canından oldu

Baxış sayı: 696

Türkiyədə bir qadını döyülməkdən xilas etməyə çalışan futbolçu həyatını itirib. \

ATV.az Hürriyet Daily News-a istinadən xəbər verir ki, hadisə İstanbulda baş verib. “Yedikule” futbol klubunun oyunçusu Yunus Əmrə İzol küçədə bir kişinin qadını döydüyünü görür. Taksiyə minmək istəyən xanımı saçlarından sürüyən şəxsi sakitləşdirməyə çalışan idmançı və dostları təhqirlərə məruz qalıblar. Nəticədə başlanan dava qanlı bitib. 38 yaşlı qəsbkar futbolçuya bıçaqla ürək nahiyəsindən zərbələr endirib. İzol aldığı xəsarətlərdən yerində keçinib.

Rövşən Əliyev/ ATV.az