Canlı efirdə əlbəyaxa dava Rusiyalı jurnalistləri aparıcı ayıra bilmədi

Baxış sayı: 986

Rusiyanın iki tanınmış telejurnalisti, Nikolay Svanidze və maksim Şevçenko arasında əlbəyaxa dava düşüb. 

ATV.az Lenta.ru-ya istinadən xəbər verir ki, insident ötən gün “Komsomolskaya pravda” radiostansiyasının canlı efirində baş verib. Gərginlik onların İosif Stalinin tarixi rolu ilə bağlı diskussiyasından başlayıb. N. Svanidze Stalinin dövründə milyonlarla insanın güllələndiyini, repressiyaya məruz qaldığını və aclıq nəticəsində öldüyünü deyib. M. Şevçenko isə bu rəqəmlərin doğru olmadığını söyləyərək opponentini konkret mənbə göstərməyə çağırıb. İkinci Dünya müharibəsi mövzusunun müzakirəsi zamanı N. Savanidze müharibənin əvvəlində 3 milyondan çox sovet əsgərinin əsir düşdüyünü söyləyib, M. Şevçenko isə onu faişistlərlə əməkdaşlığa getmiş vlasovçuları dəstəkləməkdə itiham edərək bununla da onun döyüşlərdə həlak olan sovet əsgərlərinin məzarlarına tüpürdüyünü vurğulayıb. Svanidze buna kəskin etirazını bildirdikdə Şevçenko cavabında "onda gəl məni vur" deyib. Nəticədə Svanidze yerindən qalxaraq Şevçenkoya sillə vurub, Şevçenko isə öz növbəsində onu yumruqlayaraq yerə sərib. Canlı yayım dayandırılıb. N. Svanidze baş verən hadisə ilə bağlı “Qovorit Moskva”ya açıqlamasında radio dinləyicilərindən üzr istəyib. O bildirib ki, olay emosiyalarını saxlaya bilmədiyi üçün baş verib və bir daha həmkarına əl qaldırmayacaq.

Rövşən Əliyev/ ATV.az