Müstəntiq generallara niyə yol verməyib? Qalmaqallı videodakı görüntülərin səbəbi məlum oldu

Baxış sayı: 1070

Ötən gün Rusiyda DİN-in iki generalına liftin qapısından buraxmayan kapitanın bu hərəkətinin səbəbi məlum olub. 

ATV.az Moskovskiy Komsomoles-ə istinadən bildirir ki, ali rütbəli zabitlərdən birinin əmri ilə ciddi xəbərdarlıq alan müstəntiqə bəraət verilib. Məlum olub ki, liftin qapısı açılan zaman kabinədə 1 nəfər olub. Kapitan isə müttəhimi dindirmə otağına aparmalı imiş. Nizamnaməyə görə, kapitan müttəhimi tək buraxa bilməzdi. Həmçinin liftin yük qaldırma qabiliyyəti 4 nəfərdən artıq deyil. Belə olan halda isə müstəntiqin ən doğru addımı atdığı aydınlaşır.

Rövşən Əliyev/ ATV.az