Xəstə dələnin acı sonu Əcəldən qaçmaq mümkün olmadı

Baxış sayı: 199

ABŞ-da xəstə sincabı müalicə etdikdən sonra təbiətə buraxmaq istəyən ailə bir anda nəyin baş verdiyini anlamaqda çətinlik çəkib. 

ATV.az Vesti-yə istinadən xəbər verir ki, Tennesi ştatında yaşayan ailə bir neçə gün evdə sincaba qulluq edib. Onun yaxşılaşdığını görəndə isə təbiətə buraxmaq qərarına gəliblər. Gəl ki, ağacın üstünə qoyulan balaca heyvanı evdə saxlanılan pişik bir anda aparıb. Çətinliklə də olsa, sincabı pişiyin dişlərindən xilas etmək mümkün olub. Bir neçə gün yaşayan şələquyruq ölüb. Veterinar isə bildirib ki, sincab pişiyin dişlərindən deyil, xəstəliyinə görə ölüb.

ATV.az