Qozbel balinanın cəsarəti Xanımı köpəkbalığından xilas etdi

Baxış sayı: 487

Sakit okeanda qozbel balinaları öyrənən bioloq Nen Hauzer gözləmədiyi halda köpəkbalığı ilə burun-buruna gəlib. 

ATV.az The İndependent-ə istinadən bildirir ki, hər şey 63 yaşlı xanım suyun altında olarkən baş verib. Balinanı yaxından lentə alan zaman qəfildən peyda olan yırtıcı bioloqa hücum etmək istəyib. Lakin nəhəng balina üzgəcləri ilə Hauzeri qoruyub. Hətta xanımı bir neçə dəfə suyun üzərinə qaldırıb. Əvvəlcə nen nə baş verdiyini anlamayıb. Sonra isə balinanın məqsədini başa düşüb və bütün olanlara sakit reaksiya verib. sSonda pələng köpəkbalığı cinsindən olan 3 metrlik yırtıcı təqibi yarımçıq qoyaraq, uzaqlaşıb.

ATV.az