Moskvada daha bir avtobus faciəsi İctimai nəqliyyat dayanacağa girdi

Baxış sayı: 292

Rusiyada daha bir avtobus faciəsi yaşanıb. 

ATV.az Unterfax-a istinadən xəbər verir ki, hadisə bu dəfə də paytaxt Moskvada qeydə alınıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin nümayəndəsinin məlumatına görə hadisə nəticəsində 3 nəfər xəsarət alıb, ölən yoxdur. Bildirilir ki, xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onlardan biri, 41 yaşlı sərnişinin vəziyyəti ağır olaraq qiymətləndirilir. Qeyd edək ki, bundan öncə hadisə nəticəsində iki nəfərin öldüyü, bir nəfərin xəsarət aldığı bildirilirdi. Hadisədən sonra sürücü qeyd edib ki, məqsədi digər nəqliyyat vasitəsi ilə toqquşmadan yayınmaq olub.

Rövşən Əliyev/ ATV.az