İtaliyalı bəsətəkar ənənəni pozmadı Lyudoviko Eynaudi Şimal Buzlu okeanda konsert verdi

Baxış sayı: 140

Müasir italyan bəstəkar məktəbinin layiqli davamçılarından olan Lyudoviko Eynaudi ənənəsinə sadiq qalıb. 

ATV.az xəbər verir ki, bir çox filmlər və seriallar üçün sountreklər bəstələyən tanınmış piano ustası yenə Şimal Buzlu Okeanda konsert proqramı ilə çıxış edib. Tənha buzlaqlar arasında, təbiətlə təmas halında baş tutan konsert möhtəşəm görüntülərə səhnə olub. Təbiəti mühavizə təşkilatı, “Qrinpis”in dəstəyi ilə keçirilən proqram sayca ikincidir.

ATV.az