Baxış sayı: 124
Çindən gələn turistləri daşıyan avtobusun aşması nəticəsində faciə yaşanıb.
ATV.az Reuters-ə istinadən xəbər verir ki, hadisə İslandiyanın cənubunda baş verib. Yol qəzası paytaxt Reykyavikdən 250 km cənubda baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, azı 10 nəfər xəsarət alıb. Qəza zamanı avtobusda təxminən 40 Çin vətəndaşı olub. Xəsarət alanlardan 10-u paytaxt xəstəxanasına çatdırılıb.
Rövşən Əliyev/ ATV.az