Moskvada avtobus sürücüsü piyada keçidini darmadağın etdi ölənlər və yaralananlar var

Baxış sayı: 527

Rusiyada avtobusun piyada keçidini dağıtması faciəni bərabərində gətirib. 

ATV.az Life-a istinadən xəbər verir ki, hadisə paytaxt Moskvada qeydə alınıb. Slavyanski bulvar" metrosunun yaxınlığında olan keçidə girən avtobus sürücüsü azı 5 nəfərin ölümünə səbəb olub. Daha 15 paytaxt sakini isə yaralanıb. Hadisə ilə bağlı araşdırma aparılır. Sürücünün Viktor Tixonov adlı şəxs olduğu məlum olub. Onun 30 il sürücü təcrübəsinin olduğu da gələn xəbərlər arasındadır.

Rövşən Əliyev/ ATV.az