Kiyevdə nə baş verir? Mixeil Saakaşvili intiharla hədələdi, polis onu həbs etdi

Baxış sayı: 415

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili polisi intihar edəcəyi ilə hədələdikdən sonra asayiş keşikçiləri onu həbs edib.

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilini yaşadığı binanın damında saxlanılıb. ATV.az xəbər verir ki, bu barədə Saakaşvilinin tərəfdaşları bildirib. Qeyd edək ki, bir müddət əvvəl polis Gürcüstanın sabiq Prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru M.Saakaşvilinin Kiyevdə Kostelnaya, 7 ünvanındakı 32 nömrəli mənzilində axtarış aparıb. M.Saakaşvili isə yaşadığı binanın damına çıxaraq polisi intihar edəcəyi ilə hədələyib. Onun görüntüləri isə sosial şəbəkələrdə yayılıb.

Rövşən Əliyev/ ATV.az