Məhkəmədə partlayış Oğlunun qisasını belə aldı

Baxış sayı: 1572

Ukraynada məhkəmə salonuna əl qumbaraları ilə daxil olan yaşlı adam oğlunun qisasını öz bildiyi kimi aldı. 

ATV.az 112.ua-ya istinadən xəbər verir ki, hadisə Nikopolda baş verib. Səhər saatlarında oğlunun qatilinin mühakimə olunduğu məhkəmə salonuna gələn yaşlı adam özü ilə 2 ədəd əl qumbarası da götürüb. Hakimlərin qərarı ilə razılaşmayan zərərçəkmiş ədaləti bərpa etmək üçün qumbaraları partladıb. Nəticədə yaşlı adam və daha 1 nəfər həlak olub, 7 insan isə yaralanıb. Qatilin qəlpə yaraları ilə xəstəxanaya yerləşdirildiyi deyilir.

Rövşən Əliyev/ ATV.az