Məhkəmə zalında görünməmiş hadisə Sabiq general naməlum içki ilə özünü zəhərlədi

Baxış sayı: 407

Haaqa məhkəməsində indiyə qədər görünməmiş hadisə baş verib. 

ATV.az xəbər verir ki, Bosniya xorvatlarının lideri Slobodan Pralyak apelyasiya instansiyasının barəsində çıxarılan hökmü dinlədikdən sonra qısa çıxış edib. “Mən hərbi cinayətkar deyiləm”,-deyən general balaca şüşədə olan naməlum içkini başına çəkib. Prosses dərhal dayandırılıb və zala həkim briqadası dəvət olunub. Pralyakın səhhəti barədə məlumat verilmir. Qeyd edək ki, Bosniya müsəlmanlarının qatillərindən biri olan 72 yaşlı xorvat hərbiçi 2013-cü ildə Haaqa tribunalı tərəfindən 20 il müddətə azadlıqdan məhrum edilib.

Rövşən Əliyev/ ATV.az