Misirdə terror aktınından sonrakı görüntülər

Baxış sayı: 73

Misirin Sinay yarımadasında məscidlərin birində törədilmiş terror aktı zamanı ölənlərin sayı hər saat artır.

ATV.az BBC-yə istinadən bildirir ki, ən son məlumata görə, Rauda yaşayış məntəqəsində cümə namazı zamanı baş vermiş hadisədə həlak olanların sayı 250-yə yaxınlaşır. 120-dən çox insan yaralanıb. Onların əksəriyyətinin vəziyyəti ağır olduğundan, ölənlərin sayının daha da artacağı istisna deyil. Şahidlərin sözlərinə görə, məscid əvvəlcə 4 avtomobildə gələn terrorçularla əhatəyə alınıb. Ardınca silahlılar məsciddən çıxmaq istəyən şəxslərə aramsız atəş açaraq aradan çıxa bilib. Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri terrorçuların axtarışlarını həyata keçirir. Hələlik qanlı hadisəyə görə heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib. “Ək-Ərəbiyə” kanalının məlumatına görə, hadisədən sonra paytaxt Qahirədə fövqəladə vəziyyət elan olunub. Bütün dövlət və hökumət binalarının mühafizəsi gücləndirilib. Sinay yarımadasında isə antiterror əməliyyatları genişləndirilib. Prezident Əbdül Fəttah əs-Sisi ölkədə 3 günlük matəm elan edib. Dünyanın bir çox ölkələrindən Misir xalqına başsağlığı mesajları göndərilir.

Rövşən Əliyev/ ATV.az