Saakaşvili canlı efirdə hücuma məruz qaldı

Baxış sayı: 774

Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru, “Yeni qüvvələr hərəkatı”nın lideri Mixeil Saakaşvili canlı efirdə Rada üzvü İqor Mosiyçukun hücumuna məruz qalıb.

ATV.az RİA Novosti-yə istinadən bildirir ki, qalmaqala səbəb tərəflərin bir-birini rüşvətxorluqda ittiham etməsidir. Saakaşvili deyib ki, ukraynalı məmurların əksəriyyəti korrupsiyaya qurşanıb və onları ağır şəkildə cəzalandırmaq lazımdır. Bu sözlərdən hiddətlənən Mosiyçuk isə əlindəki əsa ilə gürcü siyasətçinin üzərinə şığıyıb. Saakaşvilini rüşvətxor adlandıran deputat ondan ölkəsinə qayıtmağı tələb edib. Əsəbləri soyumayan Moseyçuk əsa ilə Saakaşvilini döyməyə çalışıb. Lakin aparıcılar buna imkan verməyib.

Rövşən Əliyev/ ATV.az