Trampdan prezident kimi ilk əhv Hind toyuğunu bağışladı

Baxış sayı: 49

ABŞ prezidenti Donald Tramp prezident kimi ilk əhv qərarını verib. 

ATV.az xəbər verir ki, dövlət başçısı “Ağ Ev” də keçirilən ənənəvi mərasimdə “Şükran günü” münasibətilə əvvəlcədən seçilmiş hind toyuğunu kəsilməkdən qurtarıb. Həyat yoldaşı Melaniya və kiçik oğlu Berronla noyabrın son həftəsində keçirilən tədbirdə çıxış edən prezident hərbiçilərə, polislərə öz təşəkkürünü bildirib. Qeyd edək ki, ənənəvi mərasim sakit şəkildə keçib və əhv olunan hind toyuğu kaprizlərlə əhval-ruhiyyəni korlamayıb. Xatırladaq ki, “Şükran günü” münasibətilə təşkil olunan tədbirlərə 1947-ci ildə, prezident harri Trumenin zamanında start verilib. Ondan sonra Bill Klinton hind toyuqlarını əhv etsə də, ənənə şəklinə ata Corc Buşun hakimiyyət illərində düşüb.

ATV.az