Almazbek Atambayev: “Yaxşı ki, şalvarımı istəmədin” Baş redaktor prezidentin saatını istədi

Baxış sayı: 55

Vəzifə səlahiyyətləri başa çatan Qırğızıstan prezidenti Almazbek Atambayevin son mətbuat konfransında kuryoz hadisə yaşanıb. 

ATV.az RİA Novosti-yə istinadən bildirir ki, 6 illik fəaliyyətin yekunları ilə bağlı keçirilən görüşdə mikrofona “De-Fakto” qəzetinin baş redaktoru Amantur Mursaqulov yaxınlaşıb. Sual vermək əvəzinə, Mursaqulov səlahiyyət müddəti noyabrın 24-də başa çatan prezidenti yuxuda gördüyünü bildirib. O, həmçinin əlavə edib ki, Atambayev ona saatını hədiyyə edib. Özünü itirməyən dövlət başçısı isə dərhal saatı çıxararaq jurnalistə verib. Ardınca isə: “Yaxşı qurtardım. Yaxşı ki, şalvarımı istəmədin”,-deyə zarafat edib.

ATV.az