Qəzadan sağ çıxan azyaşlının son durumu Qızcığazın ayağı əməliyyat olundu

Baxış sayı: 58

Xabarovsk vilayətində qəzaya uğrayan yüngülmühərrikli təyyarədən yeganə sağ çıxan azyaşlı xəstəxanada həkim nəzarətində saxlanılır. 

ATV.az “Rossiya 24”-ə istinadən bildirir ki, hazırda qızcığazın ayağında əməliyyat aparılıb. Onun tezliklə gündəlik həyata qayıdacağı bildirilir. Bu arada, Rusiya Aviasiya Komitəsi Nelkan qəsəbəsi yaxınlığındakı qəzanın səbəblərini araşdırır. Qara qutuların oxunmasından sonra L410 tipli təyyarənin qəza səbəbləri açıqlanacaq. Qeyd edək ki, noyabrın 15-də baş verən faciə zamanı təyyarədə 7 nəfər olub, onlardan 6-sı hadisə zamanı dünyasını dəyişib.

ATV.az