Dutertedən Trampa mahnı hədiyyəsi Atmaca zaldakıları güldürdü

Baxış sayı: 45

Filippin prezidenti Rodriqo Duterte ABŞ-dan olan həmkarı Donald Tramla bi məclisdə olarkən belə kinayəsindən qalmayıb. 

ATV.az xəbər verir ki, hadisə Cənub-Şərq Asiya Ölkələri Assosiasiyasının (АСЕАН) 31-ci sammitinin qala-naharında baş verib. Filippin lideri səhnəyə qalxaraq müğənni Polita Korrales ilə bir yerdə oxuyub. Çıxışını bitirdikdən sonra isə kinayə ilə "Xanımlar və cənablar! Mən Amerika Birləşmiş Ştatlarının ali baş komandanının tələbi ilə oxudum",-deyib. Qeyd edək ki, АСЕАН sammiti Filippinin paytaxtı Manilada keçirilir. Sammitdə 20-dən çox ölkə rəhbəri, eləcə də BMT-nin baş katibi Antonio Qutteriş iştirak edir.

Rövşən Əliyev/ ATV.az