Rusiyada yaşayış binasında partlayış baş verib 4 nəfər həyatını itirib,4 insan dağıntılar altında qalıb

Baxış sayı: 176

Rusiyanın İjevsk şəhərində 9 mərtəbəli yaşayış binasının bir hissəsinin çökməsi nəticəsində iki nəfər həlak olub, iki sakin yaralanıb. Binanın bütün sakinləri təxliyə edilib.

ATV.az  xəbər verir ki, Rusiya FHN-in məlumatına görə, hadisə məişət qazının sızması nəticəsində baş verib. Binanın birinci mərtəbəsində yerləşən Uşaq Mərkəzindəki uşaqların heç biri zərər çəkməyib. Dağıntılar altında 4 nəfərin qaldığı bildirilir.

Qəza baş verən bina 1999-cu ildə tikilib. Partlayışın tüfeyli həyat tərzi keçirən ailənin mənzilində qaz avadanlığının yarasız olması üzündən baş verdiyi ehtimal olunur.

Qəza ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Fuad Əliyev/ATV.az