Donald Tramp Yaponiyada pərt oldu

Baxış sayı: 80

ABŞ Prezidenti Donald Tramp Yaponiyaya səfərinin ikinci günü pərt olub.

ATV.az xəbər verir ki, rəsmi qəbul zamanı digər xarici siyasətçilər kimi, D.Trampı da koi karplarının – dekorativ balıqların yaşadığı nohura gətiriblər.

Burada Yaponiyanın Baş naziri Sindzo Abedən fərqli olaraq, ABŞ Prezidentinin karpları yedirtməyə hövsələsi çatmayıb və əlindəki qutuda olan yemi nohura boşaldıb.

Rəsmilər zalı tərk edən kimi İmperator sarayının əməkdaşları gölü təmizləməyə başlayıblar. Çünki həddindən artıq yem karplara ziyandır.

Fuad Əliyev/ATV.az