Şahzadə həyatını itirdi Vertolyot qəzasının səbəbləri araşdırılır

Baxış sayı: 87

Səudiyyə Ərəbistanında baş verən vertolyot qəzası zamanı ölənlərin şəxsiyyəti məlum olub. 

ATV.az İhlas agentliyinə istinadən bildirir ki, hadisə ölkənin cənubunda baş verib. Yüksək rütbəli məmurları daşıyan vertolyot naməlum səbəblərdən qəzaya uğrayıb. İlkin məlumata əsasən, qəza nəticəsində şahzadə Mənsur bin Mukrin və Əsir şəhərinin polis rəisi həyatlarını itiriblər. Helikopterin göyərtəsində 9 nəfərin olduğu bildirilir.

Rövşən Əliyev/ ATV.az