Canlı yayımda qorxulu anlar Aparıcı huşunu itirdi

Baxış sayı: 534

Amerikalı aparıcı Vendi Vilyamsın başına gələn xoşagəlməz hadisə onu xəbər mövzusuna çevirib.

ATV.az xəbər verir ki, “Helloin” bayramının sabahı Azadlıq heykəli geyimi ilə canlı yayıma çıxan 53 yaşındakı Wendybir anda huşunu itirərək yerə yıxılıb. Hadisədən dərhal sonra kanal əməkdaşları aparıcının yanına qaçaraq ilkin yardım göstəriblər və canlı yayımı kəsərək reklam blokuna keçiblər. Reklamlar bitdikdən sonra yenidən canlı yayımı qaldığı yerdən davam etdirən aparıcı “Narahatçılığa heç bir səbəb yoxdu. Sadəcə ağır geyimin içində çox isti oldu mənə və huşumu itirdim.Mən  bir çempionam. Geri döndüm!” deyərək açıqlama verib. 

NÜBAR NİYAZİQIZI//ATV.az