İnsafsız ana Uşağı küçə boyu sürüdü

Baxış sayı: 250

İndi çoxları Böyük Britaniyada baş verən bu qeyri-adi hadisədən danışır. 

ATV.az Liverpool Echo-ya istinadən bildirir ki, kadrlarda yerə yıxılan uşağı sürüyən qadının videosu Liverpul şəhərində çəkilib. Olayı lentə alan şəhər sakini, Co Keyn bildirir ki, ətrafda olan insanlardan heç biri uşağı yerdən qaldırmağa cəhd belə göstərməyib. Bununla belə, kadrlara münasibət fərqli olub. Həkimlər düşünür ki, məktəbli çantasından çəkilərək sürüklənən balaca autizm xəstəsi ola bilər və o gəzmək istəmədiyini belə etirazla bildirməyə çalışıb. Bəziləri isə hesab edir ki, görüntülər səhnələşdirilib. Digərləri isə yerdə sürüklənənin uşaq yox, maneken olduğunu düşünür. Bütün hallarda məsələ ilə bağlı polisin hərəkətə keçib-keçmədiyi məlum deyil.

ATV.az