Kurz öpüşdən imtina etdi Yunkerin dodaqları “havada qaldı”

Baxış sayı: 193

Avstriyanın yeni seçilmiş kansleri Sebastyan Kurz ilə Avropa komisiyasının başçısı Jan-Klod Yunkerin görüşündə kuryoz hadisə yaşanıb. 

ATV.az Ruptly telekanalına istinadən bildirir ki, hadisə Brüsseldə, Avropa İttifaqının sammiti zamanı baş verib. 31 yaşlı kansler təbrik üçün onu öpmək istəyən Yunkerdən sifətini gizlədib. Qeyd edək ki, Kurz ölkə tarixində bu posta seçilən ən cavan namizəddir.

Rövşən Əliyev/ ATV.az