Yelisey Sarayında görünməmiş hadisə Prezidentin iti ehtiyacını divarın dibində ödədi

Baxış sayı: 469

Fransa prezidenti Emanuel Makronun nazirlərlə görüşü zamanı Yelisey Sarayında kuryoz hadisə baş verib. 

ATV.az Le Parisien nəşrinə istinadən bildiri ki, Nemo adı verilən it qəfildən söhbət gedən otağa daxil olub və təbii ehtiyacını hamının gözü qarşısında ödəyib. Söhbətin maraqlı yerində, qəfildən gələn şırıltı səsi əvvəlcə hamını təəccübləndirib. Sonra isə Labrador cinsindən olan heyvanın nə iş gördüyü müəyyənləşib. Prezident və nazirlər pərtliyi aradan qaldırmaq üçün dərhal zarafata başlayıblar.

ATV.az