Hərbiçi qadının cəsarəti Onlarla kişini “təpiklədi”

Baxış sayı: 220

İsraildə hərbi xidmətə getməyən yoldaşlarını müdafiə etmək üçün toplaşan yəhudiləri təkbaşına qovan hərbiçi xanım internetin fenomeninə çevrilib. 

ATV.az Yeshiva World News-a istinadən bildirir ki, hadisə Qüdsdə baş verib. Ortadoks yəhudilər əsgərliyə çağrılmalarına etiraz əlaməti olaraq, şəhər küçələrindən birini bağlayıb. Nəqliyyatın işini iflic edən qara paltarlı, şlyapalı kişilər qəfildən qarşılarında hərbi geyimli xanımı görürlər. Xanımım yolu tənzimləməsinə imkan verməyən kişilərə cavab isə ağır olur. Təpiklərini işə salan xanım zabit onlarla ortadoksu bir neçə dəqiqənin içində küçədən qovur.

ATV.az