Çindən daha bir yenilik Lazer silahı ixtira olundu

Baxış sayı: 91

Çinin müdafiə sənayesi lazer silahının kütləvi istehsalına başlamağı düşünür.

ATV.az Global Times nəşrinə istinadən bildirir ki, hədəfi şüa ilə məhv edən silah terrorla mübarizədə istifadə olunacaq. Yeni ixtira Çin Kommunist partiyasının 19-cu qurultayının mühafizəsində önəmli yer tutmalıdır. Şüa buraxan silah barədə hələlik çox az məlumat olsa da, ixtiraçı Yan Açje bildirib ki, silah təpmir, dəqiqidir və ucuz başa gəlir. Onun sözlərinə görə lazer hələlik 200 uzaqlıqdakı hədəfləri məhv etmək imkanına malikdir. Qeyd edək ki, bir müddət əvvəl ABŞ lazer silahı ixtira etdiklərini açıqlayıb. 26 milyon büdcəsi olan layih\nin pilot variantı 2021-ci ildə nümayiş olunacaq. Şüa ilə işləyən texnika altıncı nəsil təyyarələrə quraşdırılacaq.

Rövşən Əliyev/ ATV.az