Çipras havaya qalxdı baş nazir pilotluq etdi

Baxış sayı: 71

Yunanıstanın baş naziri Aleksis Çipras özünü pilot kimi sınamaq qərarına gəlib. 

ATV.az Yunanıstan mətbuatına istinadən bildirir ki, hökumət başçısı Larisa aerodromundan havaya qalxıb. F 16 tipli qırıcı ilə Egey dənizinin üzərində uçan Baş nazir təəssüratlarını bölüşüb. O bildirib ki, uçmaq onun üçün böyük təcrübə idi və indi pilotların nələr yaşadığını dəqiqliklə anlayır. Qeyd edək ki, Çipras hərbi təyyarədə uçan üçüncü yunan baş nazirdir. Buna qədər Eleterios Venizelos və Kostas Mitsotakis özlərini pilot kimi sınayıblar.

Rövşən Əliyev/ ATV.az