Ermənistan prezidenti MDB Dövlət Başçıları Şurasının iclasında növbəti dəfə yatdı

Baxış sayı: 410

ATV.az xəbər verir ki, Ermənistan prezidenti Serj Sarkisyan Rusiyanın Soçi şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında prezidentlərin geniş tərkibli görüşü zamanı yatıb.Tacikistan prezidenti İmaməli Rahmon çıxış edən zaman Sarkisyanın yuxuya getməsi gözdən yayınmayıb. Görüşü işıqlandıran operator Sarkisyanın yatmasını ümumi planda efirə verib. 

Qeyd edək ki, bu, Sarkisyanın rəsmi iclaslarda yatması ilə bağlı ilk hal deyil. Belə ki, Belarusun paytaxtı Minskdə MDB Dövlət başçıları Şurasının Sammitində və ATƏT-in iclasında da erməni prezident yatmağı ilə gündəmə gəlib.

Fuad Əliyev/ATV.az