Ayı təlimçiyə hücum etdi Uşaqların gözü qarşısında

Baxış sayı: 158

Rusiyada ayının təlimçiyə hücum etməsi azyaşlı uşaqları bərk qorxudub.

ATV.az Rusiya saytlarına istinadən bildirir ki, hadisə Sıktıvkar şəhərində baş verib. Şou zamanı qəzəblənən “əyripəncə” qəfildən təlimçinin üzərinə hücuma keçib. Dərhal müdaxilə edən digər sirk işçiləri heyvana dəyənklə zərbə endiriblər. Aldığı zərbədən və ardınca yediyi qənddən sonra sakitləşən ayı sakitləşib. Şou insidentsiz başa çatıb. Yaşananları isə tamaşaçılardan biri mobil telefonla lentə alaraq, internetdə yerləşdirib.

ATV.az