Faciənin bir addımlığında Polis səhvən "oğru" aktyora atəş açdı

Baxış sayı: 147

Amerika Birləşmiş Ştatlarında film çəkilişi zamanı faciənin qarşısı son anda alınıb. ATV.az Guardian nəşrinə istinadən bildirir ki, hadisə İndiana ştatında baş verib. Kroufordsvill şəhərində oğurluq səhnəsini çəkən kinostudiya bu barədə yerli polis orqanlarına bu barədə məlumat verməyib. Təsadüfən çəkiliş meydançasına gələn polis nəfəri isə səhnələri gerçəklik hesab edib və anidən oğru rolunu oynayan aktyora silahı atmağı əmr edib. Ardınca, atəş açan polisin güllələri xoşbəxtlikdən aktyordan yan keçib. İşə qarışan çəkiliş heyəti vəziyyəti asayiş keşikçisinə başa salıb. Polis rəhbərliyi əməkdaşın işini yüksək qiymətləndirsə də, prokurorluq qanun keşikçisini intizam məsuliyyətinə cəlb edib.     

Rövşən Əliyev/ ATV.az