Ərdoğanın intihardan xilas etdiyi şəxs adam öldürdü Polislər tərəfindən saxlanıldı

Baxış sayı: 110

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın  2015-inci ildə “Şəhidlər” körpüsündə intihardan xilas etdiyi gənc qətl törədib. ATV.az  “CNNTURK”saytına istinadən xəbər verir ki, Vəzir Çatraş adlı  şəxs Sultanqazi Yunus Əmrə məhəlləsində Cəlal Doğancıq adlı şəxsi öldürüb. Dərhal polis əməkdaşları tərəfindən həbs edilən Vəzir Çatraş ifadəsində qətli törətdiyini etiraf edib və bildirib ki, sözügedən şəxsi öldürməsinə səbəb Cəlal Doğancığın onun həyat yoldaşıyla eşq yaşamasıdır.

Fuad Əliyev/ATV.az