Tereza Meyin çətin anları partiya toplantısında etirazla qarşılaşdı

Baxış sayı: 74

Böyük Britaniyanın baş naziri Tereza Mey Mühafizəkar partiyasının toplantısı zamanı qalmaqallarla üzləşib. Xanım siyasətçi əvvəlcə çıxış edərkən onu öskürək tutub və səsi qısılıb. Bir qədər sonra isə onun arxasında yazılmış şuarın bir hərifi yerə düşüb. Bu azmış kimi gözlənilmədən zaldakı iştirakçılardan biri ayağa qalxaraq baş nazirə etirazını nümayiş etdirib. O baş nazirin çıxışı zamanı ona yaxınlaşaraq əlindəki kağız parçasını ona uzadıb. Ardınca isə əyilərək Böyük Britaniyanın Xarici İşlər naziri Boris Consonun yanına gedib. Etirazçı zaldakı mühafizəçilər tərəfindən oradan uzaqlaşdırılıb.

Fuad Əliyev/ATV.az