Rusiyaya gələn Səudiyyə Kralının "trap problemi" ilə bağlı RƏSMİ açıqlama

Baxış sayı: 89

Rusiya Prezidentinin İşlər İdarəsi Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun Moskvada hava limanına enərkən təyyarəsinin trapında yaranmış problemə aydınlıq gətirib.

ATV.az-ın Trend-ə istinadən verdiyi məlumatına görə, İdarənin mətbuat katibi Yelena Krılova bildirib ki, həmin trap-eskalator Səudiyyə Ərəbistanından gətirilib.Onun sözlərinə görə, İşlər İdarəsinin balansında belə trap yoxdur.Xatırladaq ki, Kral təyyarədən enərkən trap-eskalatorda nasazlıq yaranmışdı.Onu da bildirək ki, oktyabrın 4-də tarixdə ilk dəfə olaraq Səudiyyə Kralı Rusiyaya səfər edib.

Fuad Əliyev/ATV.az