ABŞ-da hava limanına silahlı hücum 5 ölü, 45 yaralı / YENİLƏNİB

Baxış sayı: 902

ABŞ-ın Florida ştatında yerləşən Fort-Loderdeyl şəhərinin hava limanına silahlı hücum baş verib.

ATV.az xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 45-i isə yaralanıb. Hava limanının giriş və çıxışları bağlanıb. Bütün uçuşlar təxirə salınıb. Silahlı insidentin hansı səbəbdən baş verdiyi bilinmir. Lakin hücumu təşkil edən şəxs yaxalanıb. Onun adının Esteban Santiyaqo olduğunu açıqlanıb.

Qeyd edək ki, sözügedən hava limanından günlük 78 minə yaxın sərnişin istifadə edir, 650-yə yaxın uçuş gerçəkləşdirilir.

Oral Mədənçi / ATV.az