Qətliamın qarşısını alan qəhrəman polis Terrorçular belə məhv edildi

Baxış sayı: 303

Ötən gün Türkiyənin İzmir şəhərində törədilən terror aktı zamanı yol polisi Fəthi Səkinin böyük qəhrəmanlıq nümayiş etdirdiyi üzə çıxıb.

ATV.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, məhkəmə binasının qarşısında nəqliyyatın hərəkətini tənzimləyən asayiş keşikçisi, avtomobilin içində terrorçuların olduğundan şübhələnərək avtomaşını saxlayıb. Bu zaman silahlılar avtomobildən düşərək qaçmağa cəhd edib.

Müşahidə kameralarının lentə aldığı görüntülərdə məlum olur ki, asayiş keşikçisi avtomobilin arxasında gizlənən terrorçulara yaxınlaşaraq onların ikisini məhv edib. Lakin 3-cü terrorçunun atəş açması nəticəsində polis əməkdaşı Fəthi şəhid olub.

Bildirilir ki, terrorçuların məqsədi məhkəmə binasına daxil olaraq qətliam törətmək olub. Polisin qəhrəmanlığı olmasaydı silahlıların xain planı baş tuta bilərdi.

Anar Türkeş / ATV.az