İzmirdə partlayış 2 şəhid, 11 yararlı var / YENİLƏNİB

Baxış sayı: 2202

İzmirdə törədilən terror aktı zamanı 1-i polis olmaqla 2 nəfər şəhid olub. Aralarında asayiş keşikçilərinin də olduğu 11-dən çox insan yaralanıb.

ATV.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir.

17:55

İzmirdə törədilən terror aktı zamanı 10-dan çox insan yaralanıb.

ATV.az xəbər verir ki, bu barədə “milliyet” qəzeti məlumat yayıb. “Anadolu” agentliyi məhkəmə binasının 3 terrorçu tərəfindən hədəfə alındığını yazır. Partlayışdan sonra onlardan ikisi zərərsizləşdirilib. Digərinin zərərsizləşdirilməsi istiqamətində axtarışlar davam edir. 

17:37

İzmir şəhərindəki partlayış məhkəmə binasının girişində qeydə alınıb.

ATV.az xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb. Bildirilir ki, terror aktı zamanı 3 nəfər yaralanıb. Hücum partlayıcı dolu avtomobilin havaya uçurulmasıyla təşkil olunub. Bildirilir ki, hücumu təşkil edən terrorçu polislər tərəfindən zərərsizləşdirilib.  

17:21

Türkiyənin İzmir şəhərində partlayış baş verib.

ATV.az-ın məlumatına görə, partlayış Ədliyyə binasının yaxınlığında qeydə alınıb. Hadisə yerində avtomobilin yandığı müşahidə olunur. Əraziyə xeyli sayda təcili-yardım briqadaları cəlb olunub. Hadisənin səbəbləri araşdırılır.

Anar Türkeş / ATV.az