Hərbçi Obamanın qarşısında yerə yıxıldı Xoşagəlməz hadisə...

Baxış sayı: 1268

Postunu təhvil verməyə hazırlaşan ABŞ prezidenti Barak Obama ordu qüvvələri qarşısında vida nitqi söyləyib.

ATV.az-ın məlumatına görə, Obama bildirib ki, hərbçilərin əsas vəzifəsi amerika xalqının dəstək və etibarını qazanmaqdır:

“Xalqınızı qorumaq üçün tərəddüd etməyin. Lakin canınızı təhlükəyə atmamaq üçün tələsik davranaraq müharibəyə girməyin”.

Tədbirdə müdafiə naziri Eşton Karter, Baş Qərərgah rəisi Cozef Danford iştirak edib. Tədbirdə xoşagəlməz hadisə də baş verib. Fəxri qaravul dəstəsindəki əsgərlərdən biri qəfil yerə yıxılıb. Onun huşunu itirdiyi güman edilir.

Anar Türkeş / ATV.az