Bu klip kişiləri çox əsəbiləşdirir Səbəbi isə...

Baxış sayı: 513

Səudiyyə Ərəbistanının məşhur pop müğənnisi Məcid Əl Əsanın son mahnısı "Hwages" (“Narahatlıqlar”) üçün çəkdiyi klip ölkəsindəki mühafizəkar kişilərin narazılığına səbəb olub. 

ATV.az-ın xarici mətbuata istinadən xəbərinə görə, klip qısa müddətdə 3 milyona yaxın baxış sayı ilə rekordu qırıb. Klipdə avtomobil istifadə edən, velosiped sürən, skeyt üzərinə çıxan hicablı qadınlar rol alıb. Mahnının nəqarət hissəsində isə "Allahım bizi kişilərdən qurtar" və "Kişilər bizi dəli edir" sözləri yer alıb.