İstanbulda gecə klubunu qana boyayan o xain budur...

Baxış sayı: 7503

İstanbulda  “Reina” gecə klubunda terror aktı törədən şəxsin görüntüləri yayılıb.

ATV.az xəbər verir ki, İstanbul Terrorla Mübarizə Şöbəsinin əməkdaşları təhlükəsizlik kameralarından terrorçunun görüntüsünü əldə edib. Videoda onun hadisə yerindən taksiyə minərək uzaqlaşdığı və daha sonra avtomobildən düşdüyü görünür. Bundan əlavə, terrorçunun Taksim meydanında "selfie" videosu çəkdiyi görüntülər də üzə çıxıb.

Qeyd edək ki, “Reina”da törədilən terakt nəticəsində 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb. Ölənlər arasında Səudiyyə Ərəbistanı, Mərakeş, Livan, Liviya, İordaniya və İsrail vətəndaşları var.

Oral Mədənçi / ATV.az