Maşinisti olmayan qatar istifadəyə verildi

Baxış sayı: 434

Deyəsən, zamanla maşinist peşəsi tarixə qovuşacaq. Ən azından Çində bu cür olacağını demək olar. Səbəb, bu ölkədə maşinisti olmayan metro qatarlarının istifadəyə verilməsidir.

Belə qatarlardan biri dekabrın 28-də Honkonq şəhərində işə salınacaq. Maşinist kabinəsinin olmadığı qatar avtomotik mexanizmlə idarə olunacaq. Sürəti isə saatda 80 kilometr təşkil edəcək.

Sürücüsüz metro qatarının istifadəyə verilməsi heç də hər kəsin ürəyincə olmayıb. Bəzi sərnişinlər bu cür qatara minməyə risk etməyəcəklərini bildiriblər.

ATV.az