Şam işığıyla telefonu enerji ilə doldurmaq olar? Qəribə ixtira

Baxış sayı: 601

İşıqlar sönəndə şam işığı ilə telefonu enerji ilə doldurmaq olarmı? Bu ideya  çoxlarına gülməli gələ bilər,  fələstinli Şəhd Əbu Lebda şam işığı ilə elektrik enerjisi əldə etməyin yolunu tapıb.

Əraziləri işğal altında olan Fələstin muxtariyyətinə elektrik enerjisi 3 istiqamətdən gəlir. Qəzza zolağında cəmi bir elektrik stansiyası var və bu stansiya apreldən bu yana fəaliyyət göstərmir. Misirdən 60, İsraildən isə 120 meqavayt enerji nəql olunur. Buna baxmayaraq Qəzzada tez-tez işıqlar sönür, bu isə telefonların batereyalarının da uzun müddət boş qalmasına səbəb olur.  Kustar üsulla vəziyyətdən çıxış yolu tapan Şəhd, şamın alovu ilə isinən və istilik artıqca elektrik enerjisi hasil edən xırda generator düzəltməyə müvəffəq olub.

Ancaq onun bu ixtirası dünyada birmənalı qarşılanmayıb. Telefonunu şam işığı ilə sönməyə qonmayan fələstinli qızın layihəsi bir çoxlarına maraqlı gəlsə də, bəziləri bu cür əziyyət çəkməyin yersiz olduğunu düşünür. Çünki bit telefonu enerji ilə tam təmin etmək üçün xeyli sayda şam yandırmaq lazım gəlir. Bu isə  daha çox xərc çəkmək deməkdir.

ATV.az