Təbii yolla elektrik enerjisi Bunu necə etmək lazımdır?

Baxış sayı: 2135

Zaqatalada təbii yolla elektrik enerjisi əldə edənlər çoxalıb.

Hazırda rayonda 10-a yaxın belə qurğu quraşdırılıb ki, bu da ucqar yerdə yaşayan ailələri fasiləsiz işıqla təmin edir. Zaqatalada təbii yolla elektrik enerjisi əldə edən qurğunu ilk dəfə rayon sakini Şaban Şabanov icad edib. 20 il bundan qabaq hazırladığı qurğunun vasitəsi ilə evdə olan bütün elektrik əşyaları fasiləsiz işləmə gücünə malikdir. Bu mexanizmlərin böyüklüyündən asılı olaraq elektrik ötürmə gücü də dəyişir. Kiçik qurğular 2-3 kilovolt elektrik ötürməyə qadirdir. Həmin cihaz vasitəsi ilə daim elektrik enerjisi alan Zaqatala sakini Mövləddin Qurbanov da bunun səmərəli olduğunu deyir. O da uzun illərdir ki, qurğudan istifadə edir. Cihazın işləməsi üçün əsas daimi su, çarx və motor lazımdır. Ən vacibi isə suyun düzgün tənzimlənməsi, və tezliklərin düzgün qurulmasıdır.