Rafael Ağayev yenə birinci oldu "Dubay Open" turnirində

Baxış sayı: 284

 Karate üzrə  önəmli "Dubay Open" yarışları başa çatdı. Azərbaycan karateçiləri "Paris Open" fiaskosundan sonra (1 "gümüş") daha uğurlu çıxış edərək Vətənə 1 "qızıl" və 2 "bürünc"lə dönürlər.

ATV.az xəbər verir ki, yeganə çempionluğu komandamızının heyətində  artıq uzun illərdir ki "qızıl istehsalatçısı" olan 5qat dünya çempionu 32 yaşlı Rafael Ağayev qazandırıb.

Qeyd edək ki, yığmamız Dubaya yeni baş məşqçi - Şahin Xudaverdiyevin rəhbərliyi altında yollanmışdı.

Vüqar VÜQARLI//ATV.az