Azərbaycan futbolunda növbəti olay "Qəbələ" - "Zirə" oyunundan sonra dava düşdü

Baxış sayı: 1877

Futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turunda "Qəbələ" və "Zirə" komandaları arasındakı matçdan sonra insident yaşanıb. 
 
ATV.az-ın məlumatına görə, baş hakim Rauf Cabbarovun final fitindən dərhal sonra iki klubun futbolçuları arasında kütləvi toqquşma baş verib.
 
Toqquşmada meydan sahiblərindən kapitan Cavid Hüseynovla Vitali Vernidub, qonaq komandadan isə Riçard Qadze ilə Sadio Tounkara daha fəal iştirak edib. Münaqişə elə onların komanda yoldaşları və texniki personalın müdaxiləsindən sonra aradan qaldırılıb.
 
 “Qəbələ” – “Zirə” - 2:1 
Qol: Aleksandr Dedov, 39, (0:1), Stiven Monroz, 56 (1:1), Baqali Dabo, 64 (2:1)
Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Knyaz Əmiraslanov, Orxan Məmmədov
Qəbələ şəhər stadionu
 
ATV.az