Buffon - 40!

Baxış sayı: 341

Bu gün “Yuventus”un qapıçısı, 10qat İtaliya çempionu, 2006-cı ilin dünya çempionu  Canluici Buffonun 40 yaşı tamam olur.

ATV.az-ın məlumatına görə, bu münasibətlə Turin klubu futbolçusunu təbrik edib. “Sən nömrə birsən, superqəhrəmansan. Doğum günün mübarək!” – deyə təbrikdə bildirilib.

Qeyd edək ki,  Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası Buffonu 21-ci əsrin birinci onilliyinin ən yaxşı qapıçısı elan edib.və o 4 dəfə dünyada ilin "Ən yaxşı qapıçısı" adına layıq görülüb. Ötən il İtaliya millisində karyerasını başa vuran əfsanəvi qapıçı hazırda “Yuventus”da çıxış etməkdə davam edir. 

ATV.az Buffonun ən möhtəşəm seyvlərindən ibarət videoçarxı oxucularına təqdim edir.

ATV.az