Məşhur hakimdən şok addım Azana görə oyunu saxladı

Baxış sayı: 493

Nfnınmış ingiltərəli hakim Mark Klattenburq Səudiyyə Ərəbistanında qərarı ilə hamını şoka salıb.
 
ATV.Az xəbər verir ki, hadisə "Əl Feyha” – "Əl Fateh” qarşılaşmasında baş verib. 
 
Görüşü idarə edən Klattenburq matçın gedişində oyunu dayandırıb. Buna səbəb məsciddən azan səsinin gəlməsi olub. Nəticədə İngiltərə Premyer Liqasının sabiq referisi matçı iki dəqiqədən çox saxlayıb. Bu zaman bəzi futbolçular namaz qılmaq üçün dərhal meydanı tərk etdikləri halda, qalanları fürsətdən yararlanaraq istirahət ediblər.  
 
Klattenburq bu jestinə görə tribunadakılar tərəfindən alqışlanıb. Bundan əlavə, onun bu hərəkəti Səudiyyə Ərəbistanında müsbət qarşılanıb.
 
ATV.az